Türkiyə daha bir şəhid verdi

  • By admin
  • 05 Fevral 2018 20:20


Fevralın 5-də Suriyanın Afrin bölgəsində minaatanlardan açılan atəş nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbçisi həlak olub.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.

Bundan əvvəl “Zeytun budağı” əməliyyatı çərçivəsində şəhid olan türk əsgərlərinin sayının 15-ə çatdığı, 62 əsgərin yaralandığı bildirilirdi. Məlumata əsasən, əməliyyat başlayandan Afrin bölgəsində 947 terrorçu məhv edilib.

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

 

Gununsesi.info