Türkiyə Ermənistanla sərhəddə hərbi əməliyyat keçirdi – 30-a yaxın ölü - TƏCİLİ

  • By admin
  • 24 İyun 2016 10:35

qirici_teyyare_turkiye_041

 

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Ermənistanla sərhəddə yerləşən Qars vilayətinin Havayasor, Dibekkaya və Çemçe bölgələrində PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar keçirib.

Gununsesi.info xəbər verir ki, hərbi əməliyyatlar zamanı 30-a yaxın terrorçu məhv edilib.

İlkin məlumata görə, gecə saatlarında başlayan əməliyyat nəticəsində bir terrorçu sağ ələ keçirilib. Ələ keçirilən terrorçunun silahları da müsadirə olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri sözügedən hərbi əməliyyatla bağlı hələlik rəsmi açıqlama verməyib.