Türkiyə ilə ABŞ arasında kritik telefon əlaqəsi: Qarabağ…

  • By admin
  • 27 Oktyabr 2021 19:30

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalınla ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan arasında telefon danışığı baş tutub.

Gununsesi.info xəbər verir ki, telefon söhbətində ikitərəfli əlaqələr, F-35, F-16 məsələsi, qlobal iqlim dəyişikliyi, Əfqanıstan, Suriya, Liviya, Qarabağ, Yunanıstan, Şərqi Aralıq dənizi və digər regional proseslər müzakirə edilib.

Eyni zamanda, tərəflər hər iki ölkə prezidentinin Qlazqo İqlim Sammitində keçirilməsi planlaşdırılan ikitərəfli görüşün mövzuları və detallarından danışıb.

Gununsesi.info