Türkiyə ilk zirehli pilotsuz gəmisinin kütləvi istehsalına başlayır – FOTO/VİDEO

Türkiyənin “Ares” gəmiqayırma zavodu zirehli pilotsuz ULAQ gəmisinin kütləvi istehsalına başlayıb.

Bu barədə gəmiqayırma zavodunun sözçüsü Onur Yıldırım xəbər verib.

Onun sözlərinə görə, gəmi 12,7 mm-lik “Koralp” döyüş modulu ilə təchiz olunub. Gəmi atəş sınaqlarından yanvar ayında keçib.

ULAQ-ın üzmə məsafəsi 400 km, maksimal sürəti saatda 65 km-dir.

Pilotsuz gəmi peyk vasitəsilə idarə oluna bilər.

O, həm də avtonom şəkildə tapşırıqları yerinə yetirə bilir.