Türkiyə-İraq sərhədində 2 hərbçi şəhid olub, biri yaralanıb

  • By admin
  • 06 Aprel 2018 19:15

 

Türkiyə-İraq sərhədində kustar üsulla hazırlanmış bombanın partlaması nəticəsində 2 hərbçi şəhid olub, biri yaralanıb.

Gununsesi.info xəbər verir ki, hadisə Türkiyə təhlükəsizlik qüvvələrinin Hakkari şəhərinin Çukurca qəsəbəsindəki Şentepe bölgəsində əməliyyat-axtarış tədbirləri həyata keçirdiyi zaman baş verib.

Bölgədə terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyat başlayıb.

 

Gununsesi.info