Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün şərt qoydu

  • By admin
  • 08 İyun 2022 14:32

Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün on şərt irəli sürüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti yazır.

Qeyd olunur ki, hər iki ölkə Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası (PKK) və Fətullah Gülənin FETÖ təşkilatına və onların filiallarına qarşı mübarizədə Ankaraya dəstək verməyə dəvət olunub.

“Terror təşkilatlarının dəstəkçisi olan İsveç və Finlandiyanın terrorizmlə mübarizə üçün lazımi hüquqi normalar və hüquqi infrastruktur yaratmalı olduğu bildirilib”, – materialda deyilir.

Həmçinin, bu ölkələrdə PKK-nın ofislərinin açılması cəhdlərinin dayandırılmasının vacibliyi vurğulanıb, FETÖ-nun fəaliyyətinə imkan verilməməsi, bununla bağlı internet saytının və media qurumlarının bağlanması təklif edilib.

Məlumatda terrorla əlaqəsi olan şəxslərin deportasiyası və ekstradisiyasına xüsusi diqqət yetirildiyi bildirilib.

Qəzet yazır: “Hər iki ölkəyə Türkiyəyə qarşı müdafiə sənayesinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq təklif olunub”.

Həmçinin bildirilib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq istəyirsə, bu şərtləri yerinə yetirməlidir.

Gununsesi.info