Türkiyə İtaliyadan helikopter alınmasını dayandırdı

  • By admin
  • 11 Aprel 2021 14:26

Türkiyə İtaliya ilə arasında diplomatik qalmaqaldan sonra həmin ölkənin “Leonardo” şirkətindən 70 milyon avro həcmində helikopterlərin alınması ilə bağlı sövdələşməni dayandırıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə “La Repubblica” və “Il Fatto Quotidiano” nəşrləri yazıb.

Nəşrlərin məlumatına görə, Ankara rəsmi Romanın üzr istəməsini gözləyir.

Həmçinin, İtaliyanın digər üç şirkəti də xəbərdarlıq alıb. Onların arasında Türkiyədə elektrik stansiyaları tikən nəhəng “Ansaldo Energia” şirkəti də var.

Gununsesi.info