Türkiyə koronavirus peyvəndini insanlar üzərində test edəcək

  • By admin
  • 30 İyul 2020 16:03

Türkiyədə ilk dəfə COVID-19 peyvəndi insanlarda sınaqdan keçiriləcək.

Gununsesi.info “Demirören Haber Ajansı” -na istinadla xəbər verir ki, artıq beş aydır Ankarada peyvəndin hazırlıqları aparılır.

10 il əvvəl başqa bir layihə üçün hazırlanan süni ağciyər modelindən istifadə edərək, dondurulmuş və azot balonunda saxlanan ağciyərə məxsus immun hüceyrələrdən koronavirus peyvəndinin tədqiqatında istifadə olunub.

Hər şey qaydasında davam edərsə, ilin sonunda hazır olması hədəflənən peyvənd burun yolu ilə tətbiq ediləcək və dünyada ilk dəfə, hətta müəyyən müddət ərzində müalicəni dəstəkləyəcək.

 

 

Gununsesi.info