Türkiyə kürdləri seçkiyə öz namizədi ilə gedir

  • By admin
  • 09 Yanvar 2023 22:21

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının ardından müxalif düşərgədə də prezidentliyə namizəd söhbəti aktuallaşıb.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, “Altılı Masa”nın  vahid  namizəd irəli sürmək qərarını açıqladıqdan bir neçə gün sonra HDP-nin həmsədri Pərvin Buldanın “Öz namizədimizi irəli sürəcəyik” açıqlamasını verib.

Onun bu açıqlaması siyasi kulisləri qarışdırıb.

Ekspertlər hesab edir ki, HDP-nin ayrıca namizədlə seçkiyə getməsi müxalifətin vahid namizədinin səslərini bölə bilər, bu isə Ərdoğanın yenidən qələbəsini qaçılmaz edəcək.

 

Tərcümə:

Afət