Türkiyə müxalifəti bu gün vahid namizədi müzakirə edir

  • By admin
  • 26 Yanvar 2023 10:35

Türkiyənin əsas siyasi qüvvələrini özündə cəmləşdirən “Altılı  Masa”nın liderləri bu gün bir araya gələcək.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İYİ Partiya lideri Meral Akşenerin sədrliyi ilə başlanacaq müzakirələrdə ortaq prezidentliyə namizəd məsələsi müzakirə olunacaq.

İYİ Partiya sözçüsü Kürşad Zorlu bildirib ki,  görüşdə ilk dəfə olaraq bu qədər gərgin və əhatəli şəkildə prezidentliyə namizədlə bağlı müzakirələr aparılacaq: “Biz İYİ Partiya olaraq böyük məsuliyyət hissi ilə 13-cü Prezidentin də bu cədvəlin müəyyənləşəcəyi namizəd olmasını istəyirik və arzu edirik və bunun üçün çox səy göstəririk”.

 

Tərcümə: Afət Abbasova

Gununsesi.info