Türkiyə ordusu İdlibə girdi

  • Müəllif: admin
  • 28 İyun 2017 10:54

1443642089_2912757-sanli-turk-ordusu

Türkiyə Hərbi Qüvvələri (HQ) Suriyanın İdlib şəhərinə daxil olub.

Gununsesi.info xəbər verir ki, bu barədə bu gün Türkiyə KİV-ləri məlumat yayıb.

Xəbərə görə, şəhərdə hərbi baza təşkil edilməsi nəzərdə tutulub. Həmçinin Türkiyə HQ-nin Rusiya HQ ilə birlikdə şəhərdə təhlükəsizliyə nəzarət edəcəyi bildirilir.

Qeyd edək ki, daha öncə türkiyəli hərbçilərin İdlibdə yerləşə bilməsi ehtimalı barədə Türkiyə prezidentinin mətbuat xidmətinin rəhbəri İbrahim Kalın bildirmişdi.

Gununsesi.info