Almaniya FETÖ-çüləri geri qaytarır

  • Müəllif: admin
  • 28 İyun 2017 10:48

fetoye_bir_darbe_de_o_ulkeden_1469993799_4728

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə hökuməti 15 iyul çevriliş cəhdini törədən Fətullah Gülən Terror Təşkilatı ilə bağlılığı ehtimal edilən və hazırda Berlində yaşayan şəxslərin siyahısını Almaniyaya göndərib. Bu, Türkiyənin Almaniyaya göndərdiyi ikinci siyahıdır.

Siyahıda Almaniyada bizneslə məşğul olan şəxslərin də adı yer alıb.

Almaniyanın “Die Welt” qəzetinin yazdığı xəbərə görə, 40 səhifədən ibarət siyahıda 72 nəfərin adı qeyd olunub.

 

Gununsesi.info