Türkiyə prezidentini qırıcılar müşayiət etdi - FOTOLAR

  • By admin
  • 15 İyul 2017 21:19

erdo-12

Rəcəb Tayyib Ərdoğan Ankarada Türkiyə Böyük Millət Məclisində (TBMM) iclasda iştirak etdikdən sonra 15 iyul tədbirlərində iştirak etmək üçün İstanbula gedib.

Gununsesi.info-nun CNN Türk-ə istinadən xəbərinə görə, havada Ərdoğanın təyyarəsini F-16 qırıcıları müşayiət edib. Ərdoğan pəncərədən pilotları salamlayaraq onlara təşəkkürünü çatdırıb.

O, Atatürk hava limanına endikdən sonra helikopterlə anım tədbirlərinin keçiriləcəyi 15 iyul şəhidlər körpüsünü səmadan izləyib.

Hazırlıqlara havadan nəzarət edənn Ərdoğan müvafiq göstərişlər verib.

Qeyd edək ki, 22:30-da prezident Rəcəb Tayyib Ərdoğan körpüdə keçiriləcək tədbirdə çıxış edəcək.

erdo-13

Gununsesi.info