Türkiyə qaz layihəsinin icrasına başladı

  • By admin
  • 03 Yanvar 2023 12:14

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz bildirib ki, Rusiya-Türkiyə qaz qovşağı layihəsi üzərində işlərə başlanılıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə “TVnet” telekanalının efirində bildirib.

Bildirilib ki, 2022-ci ilin oktyabrında Rusiya prezidenti Vladimir Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Avropaya qaz nəqli üçün qovşağın yaradılmasını təklif edib.

“Bizim ilkin hazırlıq müddətimiz bir ildir, indi infrastrukturu, detalları qiymətləndiririk”, – deyə Dönməz vurğulayıb.

Nazir deyib ki, Ankara bu layihədən yararlanmaq niyyətindədir və bunun üçün bütün imkanlar var. O, təklif edib ki, zamanla Avropa ölkələri bu mərkəzə maraq göstərə bilər.

Qeyd edək ki, ötən ilin dekabrında Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirmişdi ki, həm türk həmkarları ilə, həm də müxtəlif ölkələrdən olan digər mümkün iştirakçılarla Türkiyədə qaz qovşağının formalaşdırılması istiqamətində fəal iş aparılır.

Gununsesi.info