Türkiyə Rusiya ilə Ukrayna arasında mübadilə dəhlizinin yaradılmasını təklif edib

  • By admin
  • 16 Yanvar 2023 14:43

Türkiyə Rusiya ilə Ukrayna arasında mübadilə dəhlizinin yaradılmasını təklif edib Türkiyədə insan haqları üzrə müvəkkili Şeref Malko Rusiya ilə Ukrayna arasında yaralı hərbçilərin və mülki şəxslərin, qadınların, uşaqların və qocaların mübadiləsi üçün İstanbulda humanitar dəhliz yaradılmasını təklif edib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki , Şeref Malko belə bir təkliflə Rusiya və Ukrayna Ombudsmanı Tatyana Moskalkova və Dmitri Lubinetsin görüşü zamanı çıxış edib.

Malkoç bildirib ki, Ukrayna son iclasda mübadilə üçün 800 nəfər, Rusiya isə 200 nəfərlik siyahı təqdim edib. Bu görüşdə 40 nəfərin 40 nəfərə dəyişdirilməsi barədə razılıq əldə olunub, əksəriyyəti yaralı mülki şəxslər və hərbçilər olub.

 

Tərcümə: Adil Elxanoğlu

Gununsesi.info