Türkiyə səfiri Norveçdəki azərbaycanlıların aksiyasına qoşuldu - FOTOLAR

  • By admin
  • 02 Noyabr 2020 09:19

Norveçin paytaxtı Oslo şəhərində, Norveç Parlamentinin (Stortinget) qarşısında sözügedən ölkədə yaşayan zərbaycanlılar erməni terroru və Ermənistanın işğalçı siyasətini pisləyəyən etiraz aksiya keçirib. Gununsesi.info xəbər verir ki, Türkiyənin Norveçdəki səfiri Fazıl Çormanın da qatıldığı aksiya azərbaycanlılarla yanaşı, türk, Pakistan, Somali, çeçen, Bosniya, Makedoniya və digər dost ölkələrin icmalarının da nümayəndələri qatılmışdı.

Aksiyanın təşkilatçılarından olan “CAN Azərbaycan” təşkilatının rəhbəri Şərvin Nəcəfpur çıxış edərək Qarabağ həqiqətlərini yerli ictimaiyyətin diqqətinə çatdırıb, Ermənitstanın Gəncə, Bərdə, Tərtər kimi dinc şəhərləri kasetli bombalar və balestik raketlərlə bombalaması, çoxsaylı mülki əhalinin, o cümlədən uşaq və qadınların bu terrorun qurbanı olmasını Ermənistanın təcavüzkar siyasətinin davamı olduğunu bildirib.

Bundan başqa mitinqdə Norveç siaysətçiləri və mediası Azərbaycanın haqq səsini eşitməyə, erməni propoqandasının qurbanına çevrilməmələri ilə bağlı çağırıçlar edilib.

Habelə Ermənistanın Şuşa meşələrini yandırmaq üçün fosforlu silahdan istifadə edərək ekoloji terror törətməsi barədə də yerli ictimaiyyətə məlumat verilib.

Tədbirdə “Qarabağ Azərbaycandır!”, “Erməni terroruna son!”, “Uşaq ölümünə son!”, “Biz terrora yox deyirik”, “İşğalçı dövləti dəstəkləməyin!”,“Ermənistan, BMT qətnamələrinə əməl et!”, ”Norveç mediası haqq səsimizi eşit” və sair kimi şüarlar səsləndirildi.

O cümlədən Norveç parlametinin qarşısında Ermənistanın Azərbaycana qarşı törətdiyi terrorunun qurbanlarını anmaq üçün güşə təşkil olunmuşdu, habelə qurbanlarının əks olunduğu şəkillər və plakatlar sərgiləndi.

Gununsesi.info