Türkiyə səfirliyinin ikinci katibinin səlahiyyət müddəti BİTDİ

  • By admin
  • 17 Yanvar 2022 12:40

Türkiyənin Azərbaycandakı səfirliyinin ikinci katibi Özge Kartal Uçarcının səlahiyyət müddəti bitib.

Gununsesi.info xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, səfir Cahid Bağcı Ö.K.Uçarcıya təşəkkürünü bildirərək ona plaket təqdim edib.

Diplomat həmçinin Özge Kartal Uçarcıya yeni vəzifəsində uğurlar diləyib.

Gununsesi.info