Türkiyə Şimali Koreyanın aktivlərini donduracaq - VİDEO

  • By admin
  • 24 Mart 2017 11:46

simali_koreya_bayraq

Şimali Koreyanın Türkiyədəki bütün əmlakına həbs qoyulub.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərar Türkiyə Nazirlər Kabinetinin toplantısında verilib.

Belə ki, Türkiyənin Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurası tərəfindən sanksiyalar siyahısına salınan fiziki və hüquqi şəxslərin gəlirləri, maliyyə vəsaitləri və başqa aktivləri donduracaq.

Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının sanksiyaları altına düşən şəxslərə Türkiyəyə giriş qadağan olunacaq.

Buna səbəb Pxenyanın nüvə başlıqlı raket sınaqlarını dayandırmaması, qonşu ölkələri təhdid etməsidir.

Həmçinin, Şimali Koreyadan Türkiyəyə mis, sink, gümüş və nikel ixracına da son verilir.

Qeyd edək ki, Türkiyənin Nazirlər Kabineti BMT Təhlükəsizlik Şurasının № 1718, 1874, 2087, 2094, 2270 və 2321 qətnamələri çərçivəsində və Türkiyə XİN-nin 2017-ci ilin yanvar ayının 9-u tarixli müraciəti əsasında müvafiq qərar qəbul edib.

Anar

Gununsesi.info