Türkiyə Super Liqasından aşağı liqaya komanda düşməyəcək, əcnəbi limiti yeni mövsümdə tətbiq edilməyəcək

  • Müəllif: admin
  • 29 İyul 2020 21:33

Türkiyənin Gənclər və İdman naziri Mehmet Muharrem Kasapoğlunun iştirakı ilə Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib.

Gununsesi.info-nun məlumatına görə, koronavirus pandemiyası ilə bağlı yaranan fasilədən sonra davam etdirilən Türkiyə çempionatı ilə bağlı bir sıra qərarlar qəbul olunub.

2019/20 mövsümünün yekununda Super Liqanı tərk etməli olan “Yeni Malatyaspor”, “Kayserispor”” və “Ankaragücü” yüksək dəstədə saxlanılıb. Super Liqaya yüksələn 3 yeni komanda hesabına 2020/21 mövsümündəki iştirakçı sayı 21-ə qaldırılıb. 2021/22 mövsümündə isə bu rəqəm 20-yə düşəcək.

Həmçinin, legioner limitinin 2020/21 mövsümündən dəyişdirilməsi bir illik təxirə salınıb. Qaydalardakı yenilik qarşıdakı mövsüm deyil, sonrakı mövsümdən tətbiq ediləcək.

Federasiya prezidenti Nihat Özdəmir qərarlara aydınlıq gətirərək bildirib ki, Super Liqa ilə yanaşı, 1-ci, 2-ci və 3-cü liqada da aşağı dəstəyə yuvarlanma olmayacaq. Gələn yay Super Liqanı 4 komanda tərk edəcək, 3 klub gələcək və bununla iştirakçı sayı 20-yə endiriləcək. 1-ci liqanın qarşıdakı mövsümündə isə 18 iştirakçı olacaq.

 

Gununsesi.info