Türkiyə Super Liqasının oyunu güclü qara görə yarımçıq dayandırılıb

  • By admin
  • 18 Yanvar 2022 20:12

“Qaziantep” və “Yeni Malatyaspor” komandaları arasında Türkiyə Super Liqasının XXII tur matçı yarımçıq dayandırılıb.

Gununsesi.info-nun məlumatına görə, buna hava şəraiti səbəb olub. Güclü qar oyunun davam etdirilməsinə imkan verməyib.

Nəticədə qarşılaşmanın ikinci hissəsi oynanılmayıb.

Qeyd edək ki, ilk hissədən sonra hesab açılmayıb.

 

Gununsesi.info