Türkiyə Suriya ilə sərhədə qoşunları cəlb edir

  • By admin
  • 06 Oktyabr 2019 12:28

Türkiyə Suriya ilə sərhəddə yerləşən Akçakale rayonuna əlavə qoşun və hərbi texnikalar cəlb edir.

Gununsesi.org-un məlumatına görə, ordu hissələrinin cəlb edilməsi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyanın şimalında əməliyyat keçirmək qərarının “bu gün ya da sabah” veriləcəyi ilə bağlı verdiyi açıqlaması fonunda baş verir.

Ərdoğanın sözlərinə görə, əməliyyatın məqsədi Suriya sərhədini Suriya kürdlərinin özünümüdafiə qüvvələrindən təmizləmək və orada təhlükəsizlik zonası yaratmaqdır.

 

Gununsesi.org