Türkiyə uzun mənzilli raketi sınaqdan keçirib - 280 KM MƏSAFƏNİ QƏT EDİB -FOTO

  • By admin
  • 11 May 2017 16:28

10

Türkiyə “Bora” uzun mənzilli raketi sınaqdan keçirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Türkiyənin müdafiə naziri Fikri İşıq məlumat verib.

Belə ki, “Bora” uzun mənzilli raketi 280 kilometr məsafəni qət edib.

Fikri İşıq “Sinop” bazasından buraxılan raketin sınağının uğurla başa çatdığını bildirib: “Qara dənizdəki hədəfi tam dəqiqliklə məhv edib. Artıq Türkiyə öz raketini özü istehsal etməyə başlayıb. Bundan da yaxşısını istehsal etmək üçün bu sınaq özümüzə olan inanımı daha da artırıb” -, deyə nazir sözlərinə əlavə edib.

Qeyd edək ki, Türkiyə hazırda radikal terror təşkilatlarına qarşı ciddi şəkildə mübarizə aparır. Bu mübarizəni davam etdirmək üçün Türkiyə ən müsir texnologiyadan istifadə etmək məcburiyyətindədir. 2015-ci il oktyabr 23-dən bu günədək 10 mindən artıq terrorçu məhv edilib.

Anar

Gununsesi.info