“Türkiyə üzünü daha çox NATO-ya, daha az Rusiyaya çevirməlidir” - MARK ESPER

  • By admin
  • 24 Oktyabr 2019 21:06

ABŞ müdafiə naziri Mark Esper Türkiyənin Rusiya ilə Suriya üzərində əldə etdiyi anlaşmadan narazılığını ifadə edib.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, Pentaqon rəhbəri rəsmi Ankaranın bölgədə müttəfiqi sayıldığı NATO əvəzinə Rusiya ilə birlikdə hərəkət etməsinin doğru olmadığını bildirib.

Bununla bağlı mövqeyini Mark Esper Brüsseldə “Marşall alman fondu”nun iclasında jurnalistlər qarşısında çatdırıb.

“Türkiyə doğru yolda irəliləmir. Onun Şimali Atlantika alyansına daha çox, Rusiyaya isə daha az nəzər yetirməsi lazımdır”, – deyə müdafiə naziri “Ankara-Moskva” əməkdaşlığını şərh edərkən deyib.

ABŞ rəsmisi həmin sazişi Rusiyanın çox böyük diplomatik uğuru olaraq təqdim olunmasının əlehinə olduğunu söləyib.

“Hələ bilmək olmaz, Rusiya gələcəkdə Suriyada törətdiklərinə görə nə qədər fayda əldə edə biləcək”, – deyə o, qeyd edib.

Xatırladaq ki, bu ilin oktyabr ayının 22-də Türkiyə və Rusiya prezidentləri arasında Soçidə keçirilən görüş zamanı Suriyanın şimal-şərqində situasiyanın nizamlanması ilə bağlı birgə fəaliyyət haqqında saziş əldə edilib.

 

Gununsesi.org