Türkiyə və İraqın baş nazirləri referendumla əlaqədar görüşəcək

  • Müəllif: admin
  • 28 Sentyabr 2017 15:48

el-abadi-turkiye-bas-nazirine-quvveleriniz-gerek-iraqdan-cixsin

Türkiyə və İraqın baş nazirləri Binəli Yıldırım və Heydər əl-Abadi yaxın vaxtlarda İraqın kürd muxtayyətində referendumla əlaqədar görüş keçirəcəklər.

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ deyib.

B.Bozdağ qeyd edib: “Madam ki, Məsud Bərzani bizim xəbərdarlığımıza əhəmiyyət vermir, o zaman İraq üzrə danışıqlar aparacağımız yeganə tərəf Bağdad rəhbərliyi olacaq. Baş nazirlərimiz yaxın vaxtlarda görüşəcəklər”.

Qeyd edək ki, İraqın kürd muxtariyyəti sentyabrın 25-də bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirib.

Gununsesi.info