
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.
“Report”un “Anadolu”ya istinadən verdiyi məlumata görə, tərəflər Türkiyə ilə ABŞ arasında vizaların verilməsinin qarşılıqlı olaraq dayandırılmasını müzakirə ediblər.
Xatırladaq ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun bir əməkdaşının casusluqda ittiham olunaraq həbs olunmasından sonra iki ölkə qarşılıqlı olaraq viza müraciətlərini müddətsiz təxirə salıb.
Gununsesi.info












