Kitabxana işçiləri uşaq sığınacağında qonaq olub - FOTOLAR

  • Müəllif: admin
  • 11 Oktyabr 2017 20:19

children_111017_5

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin tabeçiliyində olan Xəzər rayon MKS-nin Mərkəzi Kitabxanası “Ümid yeri” uşaq sığınacağında uşaqların sevimli nənəsi Gülzar İbrahimova ilə görüş keçirib.

Gununsesi.info xəbər verir ki, tədbirdə “Ümid yeri” uşaq sığınacağının müəllim və uşaqları, eləcə də Xəzər rayon MKS-in kollektivi iştirak edib.

Ümid yeri uşaq sığınacağının direktoru N.Mənsimova çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib. Gülzar nənə uşaqlara milli nağıllarımızı və öz şeirlərini oxuyub, onlarla müxtəlif interaktiv, əyləncəli oyunlar keçirib. Sonda uşaqlara kitablar hədiyyə olunub.

children_111017_4

 

children_111017_5

 

children_111017_1

Gununsesi.info