Türkiyə XİN səfirliyimizə silahlı hücumla bağlı BƏYANAT YAYDI

  • By admin
  • 27 Yanvar 2023 12:22

Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, keçmişdə də bənzər hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən anlayır və bölüşür.

“Bu alçaq hücuma görə məsuliyyət daşıyanların dərhal tapılıb məsuliyyətə cəlb edilməsi və təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi böyük əhəmiyyət kəsb edir. Qardaş Azərbaycan heç vaxt tək deyil. Azərbaycana dəstəyimiz həmişə olduğu kimi, kəsintisiz olaraq davam edəcək”, – bəyanatda vurğulanıb.

Gununsesi.info