Türkiyə yığması üzgüçülük estafetində birinci yeri tutdu

  • By admin
  • 13 May 2017 22:20

turk-uz

IV İslam Həmrəyliyi Oyunlarının üzgüçülük üzrə yarışlarının birinci günü başa çatıb.

Gununsesi.info xəbər verir ki, 4×100 metr estafetdə Türkiyə yığması (3:23.58 s.) qalib gəlib. İkinci yeri İndoneziya (3:27.34 s.) komandası, üçüncü yeri İran yığması (3:29.75 s.) tutublar. Azərbaycan üzgüçüləri 5-ci nəticə (3:35.75 s.) göstəriblər.

Qadınlar arasında brass üsulu ilə 50 metr məsafəyə üzmə yarışlarında ən yaxşı nəticəni Türkiyə təmsilçisi Gülşen Beste Samançi (31.89 s.) göstərib. Onun komanda yoldaşı Viktoriya Zeynep Güneş gümüş medala, İndoneziya üzgüçüsü Anandiya Evato bürünc medala sahib olublar.

Gununsesi.info