Türkiyədə 3 hərbçi şəhid olub

  • By admin
  • 11 Sentyabr 2020 19:12

Türkiyə Daxili İşlər Nazirliyinin Jandarm QÜvvələrinin 3 əməkdaşı Van vilayətində şəhid olub.

Gununsesi.info-nun xəbərinə görə, DİN yaydığı açıqlamada bildirilib ki, hadisə “Yıldırım -10 Norduz” terrorçuların zərərsizləşdirilməsi istiqamətində aparılan əməliyyat zamanı baş verib. Vanın Çatak mahalında 3 terrorçu məhv edilib.

Əməliyyat zamanı bir jandarma kapitanı və 2 jandarma çavuşu şəhid olub, bir jandarma podpolkovniki isə yaralanıb.

 

 

Gununsesi.info