Türkiyədə 4 PKK terrorçusu öldürüldü

  • Müəllif: admin
  • 13 Avqust 2019 09:33

Türkiyənin Hakkari vilayətində, Yüksəkova ərazisində 4 PKK terrorçusu məhv edilib.

“Anadolu” xəbər verir ki, əməliyyat ölkənin cənub-şərqində kənd ərazilərində baş tutub. Burada terrorçulara qarşı əməliyyatlarda jandarm qüvvələrindən istifadə olunub.

Qeyd olunur ki, PKK terrorçuları 2015-ci ildən hücumlarını bərpa ediblər. Türkiyədə o vaxtdan indiyə kimi 500 dinc sakin və 800 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub. Hərbi əməliyyatlar zamanı 10 min PKK terrorçusu zərərsizləşdirilib.

Gununsesi.org