Türkiyədə Azərbaycanın Vətən müharibəsi şəhidinin adına orta məktəb açılacaq

  • By admin
  • 07 Aprel 2021 23:01

Türkiyənin Balıkesir şəhərində ikinci Qarabağ müharibəsində şəhid olmuş Məmmədağa Səfərovun adı orta məktəblərdən birinə verilərək əbədiləşdiriləcək.

Türkiyə mətbuatı xəbər verir ki, bunu Balıkesir valisi Hasan Şıldak Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahimlə görüşündə bildirib.

Qeyd edək ki, şəhid M.Səfərov Balıkesir Universitetinin Mühəndislik fakültəsində oxuyarkən təhsilini yarımçıq qoyaraq, cəbhəyə yollanıb. O, ötən il oktyabrın 21-də Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olub.

Gununsesi.info