“Sizinlə danışıramsa, həbs olunmamışam…”

  • By admin
  • 07 Aprel 2021 23:06
Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Hacıbala Abutalıbov onun saxlanması ilə əlaqədar yayılan xəbərlərin yalan olduğunu bildirib.
“Bəzi jurnalistlər bu xəbəri özlərindən uydururlar. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli  həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd niyyət olan insanlardır”.
Xatırladaq ki, Qənimət Zahid “Azərbaycan saatı” verilişinin bugünkü buraxılışında Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb.
Gununsesi.info