Türkiyədə bu kanallarla bağlı araşdırma başladı

Türkiyədə Radio və Televiziya Üst Qurumu (RTÜK) mayın 28-də ölkədə keçirilən prezident seçkilərinin 2-ci turu ilə bağlı yayımlara görə bir çox kanala qarşı araşdırma başladıb.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən kanallar arasında “Halk TV”, “TELE1”, “KRT”, “TV5”, “Flash Haber” və “Sözcü TV” də var.

Belə ki, bu kanalların yayımlarında “ictimaiyyəti təhqir edən ifadələr və təhdidlər” olduğu iddia edilib.

 

 

Gununsesi.info