Türkiyədə dəhşətli qəza – 9 ölü, 30 yaralı

  • By admin
  • 06 Avqust 2021 09:13

Türkiyənin Manisa vilayətində ağır yol nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, Soma rayonunda yük avtomobili sərnişin avtobusu ilə toqquşub.

Hadisə nəticəsində azı 9 nəfər həlak olub, 30 sərnişin yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

Qəza zamanı avtobusda 50 nəfərin olduğu bildirilir. Hadisənin səbəbi hələlik açıqlanmayıb.