Türkiyədə daha 119 nəfər koronavirusdan öldü

  • Müəllif: admin
  • 21 Aprel 2020 20:57

Türkiyədə son sutka ərzində 119 nəfər koronavirusdan dünyasını dəyişib.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

O, daha 4 611 nəfərdə Covid-19-un aşkarlandığını bildirib.

Qeyd edək ki, indiyədək Türkiyədə 2 259 nəfər koronavirusun qurbanı olub. 95 591 yoluxma faktı qeydə alındığı ölkədə 14 918 nəfər sağalıb.

 

 

Gununsesi.org