Türkiyədə daha 2 serial reytinq qurbanı oldu

  • By admin
  • 26 Yanvar 2022 18:43

Türkiyədə iki serial gözlənilmədən final edir.

Gununsesi.info “Haberler.com”a istinadən xəbər verir ki, söhbət FOX TV-də yayımlanan “Elkızı” və Star TV-də yayımlanan “Annemizi saklarken” seriallarından gedir.

Buna səbəb ekran işlərinin yetərincə reytinq toplamaması olub.

“Elkızı” 13-cü, “Annemizi saklarken” isə sayca 8-ci bölümü ilə tamaşaçılarla vidalaşacaq.

 


Gununsesi.info