Türkiyədə daha 37 nəfər virusun qurbanı oldu

  • By admin
  • 11 İyul 2021 23:03

Türkiyədə son 24 saat ərzində 222 068 koronavirus testi yoxlanılıb və 5261 nəfərin cavabı pozitiv çıxıb.

Gununsesi.info ölkənin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, sutka ərzində 37 nəfər koronavirusdan vəfat edib.

Bununla yanaşı, 5242 nəfər isə sağalaraq gündəlik həyat tərzinə qayıdıb.

Gununsesi.info