Türkiyədə daha 64 nəfər koronavirusdan öldü

  • Müəllif: admin
  • 04 May 2020 22:29

Türkiyədə son gündə daha 64 nəfər koronavirusdan ölüb.

Gununsesi.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca məlumat verib. O bildirib ki, artıq ölkədə pandemiya qurbanlarının sayı 3 461-ə çatıb.

Son sutka ərzində daha 1 614 nəfərdə koronavirus aşkarlanıb. Bununla da pandemiyaya yoluxanların ümumi sayı 127 659-a yüksəlib.

Gununsesi.org