Türkiyədə daha bir müxalifət partiyası seçkilərə öz namizədi ilə qatılacaq – Sədr açıqladı

  • By admin
  • 07 Yanvar 2023 23:19

Türkiyədə 2023-cü il siyasi seçkiləri yaxınlaşdıqca həm iqtidar və müttəfiqlərindən, həm də müxalif partiyalardan siyasi namizədlərlə bağlı açıqlamalar gəlir.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, müxalifətdə olan ” HDP” (Halkların Demokrasisi Partisi) prezident seçkilərinə öz namizədi ilə qatılacağını açıqlayıb.

Bu barədə siyasi partiya sədri Pərvin Buldan Qars şəhərində keçirilən çıxışı zamanı bildirib.

Partiyanın şəhər qurultayında keçirilən toplantıda nə Cümhur, nə də Millət İttifaqları ilə şərikliklərinin olmadığını, ansaq prinspcə yanaşma eyniliklərinin olduğunu açıqlayıb.

“HDP-nin hazırkı qərarı seçkiyə öz namizədi ilə getməkdir. Kimsə HDP-nin hansısa partiyaya aid etməsin. HDP Türkiyədə böyük bir gücdür, iradədir”, – deyə o vurğulayıb.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info