Türkiyədə fövqəladə vəziyyət rejiminin uzadıla bilər

  • By admin
  • 17 Aprel 2018 19:24

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddəti uzadılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Rəcəp Tayyip Ərdoğanın rəhbərliyi ilə keçirilmiş Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında qərar verilib.

İclasın yekununda  ölkədə fövqəladə vəziyyət rejiminin daha 3 ay uzadılması tövsiyə edilib.

Sabah isə müvafiq qərarla bağlı səsvermənin keçiriləcəyi gözlənilir. Qərarın təsdiqi üçün 276 səs lazımdır.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun 15-də baş vermiş dövlət çevrilişinə cəhddən sonra iyulun 21-dən tətbiq olunur.

Gununsesi.info