Türkiyədə göy üzündə maraqlı görüntü / FOTOLAR

  • By admin
  • 20 Yanvar 2023 14:43

Türkiyənin Bursa şəhərində göy üzündə maraqlı görüntülər qeydə alınıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, buludların rəngarəng şəkildə yaratdığı mənzərə insanların marağına səbəb olub.

 

Obyektiv (mərcək) buludu sarı, qırmızımtıl və ağ rənglərin birləşməsindən yaranaraq ortaya maraqlı görüntülərin çıxmasına səbəb olub.

 

 

 

 

 

Bunun külək əsintisinin dalğalanmaları ilə yarandığı ehtimal edilir.

İnsanların marağını çəkən görüntülər vətəndaşlar tərəfindən qeydə alınıb.

 

 

 

Bəzi adamlar buludu Naməlum Uçan Obyektə, digərləri isə göy cisminə bənzədib.

Mərcək buludları seyrək hallarda görülən bulud növüdür.

 

 

 

 

 

 

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info