Türkiyədə hakim partiyanın seçki məntəqəsinə hücum: - 3 ölü, 8 yaralı

  • By admin
  • 15 İyun 2018 00:01

Türkiyənin Şanlıurfa vilayətində hakim partiyanın seçki məntəqəsinə hücum olunub.

Gununsesi.info-nun türk mediasına istinadən verdiyi məlumata əsasən, naməlum şəxslərin hücumu nəticəsində 3 nəfər ölüb, daha 8 nəfər isə yaralanıb.

 Qeyd olunur ki, naməlum şəxslər qərargah işçilərinə təşviqat işləri zamanı silahlı hücum törədiblər.

Yaralananlar xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.