Türkiyədə koronavirusa yoluxanların sayı 47-yə çatdı

  • By admin
  • 17 Mart 2020 09:19

Türkiyədə koronavirusa (COVID-19) yoluxanların sayı 47 nəfərə çatıb. 

Gununsesi.org xəbər verir ki, bununla bağlı Türkiyənin Səhiyyə naziri Fahrettin Koca “Twitter” hesabında məlumat yayıb. 

Onun sözlərinə görə, epidemiyaya son yoluxanlardan 29-u ABŞ, Yaxın Şərq və Avropadan, üçü isə ümrə ziyarətindən gəlib:

“Xaricdən gələnlərlə bağlı risk qalmaqdadır. Qoyulmuş qaydalara ciddi əməl edək”.

Gununsesi.org