
Türkiyənin 10 əyalətində – Ankara, İzmir, Qaziantəp, Bursa, Bolu, Sivas, Uşak, İsparta, Konya, Balıkəsirdə növbəti dəfə “ByLock” əməliyyatı keçirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Manisa Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) gizli yazışma proqramı olan “ByLock”dan istifadə edən 20 nəfər sabiq polis əməkdaşı nəzarətə götürülüb.
Tibbi müayinədən keçən şübhəlilər daha sonra ifadələrinin alınması üçün Manisa Polis İdarəsinə aparılıblar.
Qeyd edək ki, hazırda əməliyyat davam etdirilir.
Anar
Gununsesi.info












