
Türkiyədə antiterror əməliyyatları davam edir.
Gununsesi.info “Milliyyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şırnak vilayətinin Qabar dağı bölgəsində PKK terrorçularına qarşı keçirilən əməliyyat zamanı terrorçuların ərazidə öncədən quraşdırdıqları partlayıcı qurğu işə salınıb.
Nəticədə 3 əsgər şəhid olub, 5 əsgər yaralanıb. Əməliyyat zamanı 5 terrorçu öldürülüb.
Gununsesi.info












