Türkiyədə partlayış oldu

  • By admin
  • 18 İyun 2016 10:59

95a489461d6d91a77d069c1a8a482707

 

Türkiyənin 3-cü böyük şəhəri İzmirdə partlayış törədilib. Gununsesi.info xəbər verir ki, şəhərin Buca rayonunda mikroavtobus keçərkən naməlum şəxs və yaxud şəxslər tərəfindən səs bombası partladılıb.

 

İnsident nəticəsində zərərçəkən yoxdur,  lakin hadisə əhali arasında təlaş yaradıb.

 

Hazırda partlayışı törədənlərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. (APA, AA)