Azərbaycanda 3.7 bal gücündə zəlzələ olub

  • By admin
  • 18 İyun 2016 10:53

zelzele

 

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Gununsesi.info xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən  Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. İlkin məlumata əsasən, yerli vaxtla 09:54-da Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin maqnitudası 3.7, dərinliyi 40 km olub.

Gununsesi.info