
Türkiyənin Diyarbəkir vilayətində PKK terror təşkilatının qolu olan KCK qruplaşmasına qarşı xüsusi əməliyyat keçirilib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Diyarbəkir Polis İdarəsinin Terrorla Mübarizə şöbəsinin əməkdaşları bir çox ünvanda eyni vaxtda həyata keçirdiyi reydlər nəticəsində 17 nəfər saxlanılıb.
Qeyd edək ki, saxlanılan şübhəlilər tibbi müayinədən keçdikdən sonra, izahatlarının alıması üçün polis idarələrinə aparılıb.
Anar
Gununsesi.info












