Türkiyədə rus turistləri daşıyan avtobus aşdı: Üç ölü, 16 yaralı

  • By admin
  • 02 Avqust 2021 21:20

Yanğınların davam etdiyi Antalyanın Manavqat bölgəsində daha bir faciə yaşanıb.

Türkiyə KİV-də yayılan məlumatlara görə, Rusiyalı turistləri daşıyan avtobusun aşması nəticəsində üç nəfər ölüb, 16 nəfər yaralanıb.

Hava limanına gedən avtobusun öncə yol kənarındakı baryerlərə çırpıldığı, daha sonra isə qarşı yola çıxaraq aşdığı bildirilib.

Hazırda qəza yerində polis və həkim briqadaları çalışır.

Yaralıların xəstəxanaya çatdırıldığı qeyd olunub.

Gununsesi.info