Türkiyədə turist sayı son 22 ildə ən aşağı səviyyəyə düşüb

  • By admin
  • 28 İyun 2016 17:28

Istanbul Sultan Fateh Mehmet Jaddeh

 

Son 22 ildə Türkiyə gələn turistlərin sayı ən aşağı səviyyəyə düşüb. Belə ki, may ayında Türkiyəyə gələn xarici turistlərin sayında ötən illərlə müqayisədə 34,7% azalma qeydə alınıb. May ayında Türkiyəyə 2,49 milyon turist gəlib ki, bu da 1994-cü ildən bəri ən aşağı statistik göstəricidir. Buna səbəb Türkiyə dasxilində yaranmış təhlükəsizlik problemləridirsə, ikincisi isə Rus turistlərin sayında kəskin azalma ilə bağlıdır. Gununsesi.info Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, ilin ilk beş ayında isə ölkəyə 8,3 milyon turist gəlib. Bu da ötən illərlə müqayisədə 22,93% azdır. Rusiya-Türkiyə arasında yaşanan gərginlik nəticəsində isə may aynda Rus turistlərin sayında azalma 92%, cari ilin ilk beş ayında isə 83% azalma qeydə alınıb. Verilən məlumata görə, may ayında Avropa və digər ölkələrdən gələn turistlərin sayında da ciddi enmə qeydə alnıb. Beləliklə, Almaniyadan Türkiyəyə gələn turistlərin sayında 32%, İngiltərədən gələn turistlərin sayında 29%, Hollandiyadan gələn turistlərin sayında 44%, Yaponiyadan gələn turistlərin sayında 61%, İraqdan gələn turistlərin sayında 77% azalma qeydə alınıb. Bununla belə bir sıra ölkələrdən isə Türkiyəyə turist axınının sayı artıb. 2016-cı ildə Türkiyəyə turist axını Ukrayna, İran və Gürcüstandan olub. 2016-ci ildə Gürcüstandan Türkiyəyə turist axının sayı əvvəlki illərlə müqayisədə 19%, Ukraynadan gələn turistlərin sayı 48%, İrandan gələn turistlərin sayı isə 3% çox olub.